kriminal.az
Azərbaycana idxal edilən hibrid avtomobillərin sayı və dəyəri sürətlə artır - VİDEO

Ölkəyə gətirilən hibrid avtomobillərin ildən-ilə sayı və dəyəri sürətlə artır.

Xezerxeber.az-ın məlumatına görə, ötən ilin yanvar-dekabr aylarında Azərbaycana 386 milyon 295 min dollar dəyərində 14 min 98 ədəd hibrid avtomobillər idxal olunub.

2022-ci ilin eyni dövrü ilə müqayisədə minik avtomobilləri dəyər ifadəsi ilə 230 milyon 907 min dollar və ya 2,5 dəfə artıb. Bir ədəd hibrid avtomobilin orta hesabla idxal qiyməti 2023-cü ilin sonunda milli valyuta ilə təxminən 46 581 manat, 2022-ci ilin sonunda isə 23 296 manat olub.

Rəqəmlər son bir ildə hibrid avtomobillərin 23 285 manat bahalaşdığını göstərir.

İqtisadçı-ekspert Pünhan Musayev deyir ki, hökumətin bu sahədə tətbiq etdiyi güzəştlər elektrik mühərriki ilə işləyən avtomobillərə marağı artırıb. Ekspert avtomobillərin orta idxal qiymətinin artma səbəbinə də aydınlıq gətirib.

Bəs ölkəyə bahalı avtomobillərin idxalının artması daxili bazara necə təsir edə bilər?

Ekspert əlavə edib ki, elektriklə işləyən bahalı avtomobillərlə yanaşı, ölkəyə həmin növdən olan nisbətən ucuz nəqliyyat vasitələri də idxal olunur. Onun sözlərinə görə, belə avtomobillər daha müasir olduğu üçün bazarda fərqli qiymətlərə təklif oluna bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Top
0.096611022949219