kriminal.az
Ötən il Gürcüstandan Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı

2023-cü ildə Gürcüstan Azərbaycana 437,233 milyon ABŞ dolları (743,296 milyon manat) dəyərində 22 393 avtomobil ixrac edib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin təqdim etdiyi statistik məlumatda deyilir.

Bildirilib ki, ötən il Azərbaycana idxal olunan avtomobillərin ümumi dəyəri əvvəlki illə müqayisədə 128,72 milyon dollar (218,824 milyon manat) və ya 41,72% artıb, onların sayı isə 8 059 ədəd (26,46%) azalıb.

Qeyd edək ki, 2023-cü ildə avtomobil ixracı Gürcüstanın əsas ixrac sektoruna çevrilib. Ötən il Gürcüstandan avtomobil ixracı əvvəlki ilə nisbətən iki dəfə artaraq 2,126 milyard dollara (3,614 milyard manata) çatıb.

Gürcüstanın avtomobil ixracının 20,5%-i Azərbaycanın payına düşüb.

Top
0.13892412185669