kriminal.az
“Araz Vadisi İqtisadi Zonası”nda daha bir şirkətə rezident statusu verilib - FOTO

İqtisadiyyat Nazirliyi “ZF Group” MMC-yə Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, bununla da sənaye parkının rezidentlərinin sayı yeddiyə çatıb.

“Şirkət ərazidə müxtəlif çeşiddə yapışqan lentləri istehsal edəcək, investisiya dəyəri 1 milyon manat olan müəssisə yaradaraq 32 nəfəri daimi işlə təmin edəcək”, - deyə nazir qeyd edib.

 

Top
0.071977138519287