kriminal.az
Flora Kərimovadan etiraf: “Öpüş qəsdən olub, biabırçılıq idi” - VİDEO

Xalq artisti Flora Kərimova Kanal S-də yayımlanan “Xeyirli axşamlar” verilişinin qonağı olub.

Bir müddət öncə həmkarı, Xalq artisti Niyaməddin Musayevlə canlı efirdə dodaq-dodağa öpüşməsi ilə gündəmə gələn sənətkar xanım məsələyə aydınlıq gətirib.

Sözügedən videoya dəfələrlə baxdığını deyən müğənni maraqlı etirafı ilə diqqət çəkib:

“Belə şeylər təsadüfən olmur. Dəfələrlə baxmışam, həqiqətən də kişi ilə dodaq-dodağa gəlmişik (gülür). Biabırçılıq idi. O ərəfədə kim zəng edirdisə, hamıya hesabat verirdim. Belə fikrim olmamışdı”.

 

Top
0.08364200592041