kriminal.az
“Barselona”ya qələbə üçün bir qol bəs etdi - VİDEO

İspaniya La Liqasının 22-ci turunda “Barselona” “Osasuna”nı qəbul edib.

Katalon klubuna qələbə üçün bir qol lazım olub.

Matçın 63-cü dəqiqəsində komandanın yeni cəlb olunmuş forvardı Vitor Roke Joao Kanselonun ötürməsini tamamlayaraq qola çevirib. 67-ci dəqiqədə qonaqlar azlıqda qalsalar da, bu, matçın nəticəsinə təsir etməyib - 1:0.

“Barselona” hazırda La Liqanın turnir cədvəlində üçüncü yerdədir. Komanda 22 matçdan 47 xal toplayıb. “Osasuna” isə 26 xalla 12-ci yerdədir.

 

Top
0.089956045150757