kriminal.az
“Liverpul” “Çelsi”ni darmadağın etdi - VİDEO

Liverpul şəhərində İngiltərə Premyer Liqasının 22-ci turunun mərkəzi oyunu baş tutub. “Enfild” stadionunda “Liverpul” və “Çelsi” komandaları qarşılaşıb.

Matç ev sahiblərinin 4:1 hesablı qələbəsilə yekunlaşıb.

Mersisaydlılardan Jota (23), Bredli (39), Seboslai (65) və Diaz (79), qonaqlardan isə Nkunku (71) fərqləniblər.

Hazırda Kloppun rəhbərlik etdiyi “Liverpul” 51 xalla İngiltərə Premyer Liqasına başçılıq edir. “Çelsi” məğlubiyyətdən sonra 31 xalla onuncu pillədə qalıb.

 

Top
0.105220079422