kriminal.az
Müğənni Zamiq Hüseynov: “70 yaşında gedib toy oxuyur”

Müğənni Zamiq Hüseynov iddialı açıqlaması ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, sənətçi verilişlərin birində özünü ən tələbatlı müğənni adlandırıb. 

“Ən tələbatlıyam. Çünki ilk edərək konsert səhnəsini toya gətirdim. Hamıya demək istədim ki, toy gəlib oynamaqdan ibarət deyil”, - Zamiq söyləyib.

İfaçı daha sonra toya gedən yaşlı sənət adamlarını tənqid edib:

“40 ildir oxuyursan, 70 yaşında nə ömrün qalıb? Özünü nə iləsə saxlamağa imkanın yoxdur? Bəlkə, məndə də belə olacaq, danışıram böyük çıxır. Bəlkə, həqiqətən də yoxdur, amma inanmıram. Bilirəm ki, nələrisə var. Yenə də tədbirə gedir, enerjisini qoyur”. 

Top
0.086251020431519