kriminal.az
“Selta” baş məşqçisi Benitesi yola saldı

“Selta” baş məşqçisi Rafael Beniteslə yollarını ayırdığını rəsmən açıqlayıb. Qalisiya klubu təcrübəli mütəxəssisə və onun heyətinə göstərdikləri dürüstlük və peşəkarlığa görə təşəkkür edib, həmçinin ona gələcəkdə uğurlar arzulayıb.

63 yaşlı mütəxəssisin gərgin məşqçilik karyerasına “Valensiya”, “Liverpul”, “İnter”, “Çelsi”, “Napoli”, “Real Madrid”, “Nyukasl”, “Everton” kimi klublar daxildir.

Rafael iki dəfə “Valensiya”nı ölkə çempionu edib, “Liverpul” ilə Çempionlar Liqasını, “Çelsi” ilə Avropa Liqasını qazanıb.

Ümumilikdə onun məşqçilik tərcümeyi-halında 14 kubok var.

Benites iki dəfə UEFA tərəfindən ilin məşqçisi seçilib, yeddi dəfə Premyer Liqada ayın ən yaxşı məşqçisi olub.

Xatırladaq ki, Benites “Selta”ya 2023-cü ilin yayında gəlib. Onun rəhbərliyi altında klub İspaniya çempionatında 28 turda 14 məğlubiyyət və cəmi beş qələbə qazanıb. Viqo təmsilçisi hazırda 17-ci yerdə qərarlaşıb.

Mənbə: sportarena.com

Top
0.15811991691589