kriminal.az
Həmyerlimiz Xorvatiyada keçirilən stolüstü tennis turnirinin qalibi olub

Azərbaycanlı stolüstü tennisçi Onur Quluzadə Avropa Gənclər Seriyası turnirinin qalibi olub.

Yarış Xorvatiyada baş tutub. İndi Onur Avropa çempionatına hazırlaşır.

“Yeddi il əvvəl mən ilk dəfə əlimə raketka götürdüm və dərhal bunun mənlik olduğunu başa düşdüm. Mən tennisi sevirəm. Sözün əsl mənasında tennislə yaşayıram”, - deyə gənc idmançı bildirib.

Onurun 13 yaşı var. Məşq otağında onun yaşıdları arasında layiqli rəqibi yoxdur. O, böyüklərlə oynamaq məcburiyyətindədir, lakin bu, yalnız onun xeyrinədir.

“Böyüklər fiziki cəhətdən daha güclüdürlər. Yarışlar zamanı onlarla məşq etmək çox kömək edir. İndi mən praktiki olaraq heç vaxt özümü yorğun hiss etmirəm”, - deyə Quluzadə qeyd edib.

Bu il Onur artıq Çinin Şanxay şəhərində təlim-məşq toplanışında olub. Bir aya yaxın müddət ərzində o, Çində ən yaxşı tennisçilərlə məşq edib və nəticədə Xorvatiyada keçirilən turnirdən bürünc medalla qayıdıb. İndi o, Avropanın səkkiz ən yaxşı tennisçisi arasındadır.

Hazırda Onur Quluzadə yeniyetmələrin Avropa çempionatına hazırlaşır. 

Mənbə: mir24.tv

Top
0.080993890762329