kriminal.az
Pakistanda kömür mədənində partlayış: Çox sayda ölən var - FOTO

Pakistanın cənub-qərbində kömür mədənində partlayış baş verib.

Nəticədə 12 mədənçi ölüb, səkkiz nəfər xilas edilib.

Bu barədə rəsmi orqanlardan məlumat verilib.

Həmçinin Bəlucistan əyalətinin baş mədən müfəttişi Əbdül Qani Baluç xilasetmə əməliyyatının başa çatdığını bildirib. Onun sözlərinə görə, gecə metan partlayışı baş verən zaman mədəndə 20 işçi olub ki, xilasetmə qrupları 12 cəsədi çıxarıb, sağ qalanlar isə xəstəxanaya aparılıblar.

Mənbə: “Reuters”

Top
0.11102986335754