kriminal.az
Rusiyada dəhşətli qətl: Yeniyətmələr əylənmək üçün adam öldürdülər - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində yeniyetmələr əylənmək üçün 48 yaşlı kişini qətlə yetiriblər.

13-15 yaşlı məktəblilər Liqovski prospektindəki San-Qalli bağında kişiyə hücum ediblər. Onlar kişini darvazanın qarşısında gözləyiblər, sonra onu yerə yıxıb vəhşicəsinə döyüblər və hadisə yerindən qaçıblar.

Kişi özü polisə zəng vurub və təcili yardım çağıra bilib, lakin həkimlər və hüquq-mühafizə orqanlarının əməkdaşları gələnə qədər həyatını itirib.

Yeniyetmələr tez tapılıblar, ölümcül zərbələr vuranlardan ikisi saxlanılıb ki, onlardan biri Özbəkistan vətəndaşı olub. Üçüncünün 13 yaşı olduğu üçün cinayət məsuliyyəti yaşına çatmayıb.

Qatillərin kişini öldürmək üçün heç bir səbəbləri olmayıb. Onlar adama elə-belə hücum etdiklərini deyiblər.

Yeniyetmələrə qarşı ölümlə nəticələnən sağlamlığa qəsdən ağır xəsarət yetirmə maddəsi üzrə ittiham qaldırılıb.

Mənbə: “NEWS.ru” “Telegram”

Top
0.12943601608276