kriminal.az
Hakerlər Britaniya MN-ə kiberhücum həyata keçiriblər

Hakerlər Böyük Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum həyata keçiriblər, hücum nəticəsində məmurların və aktiv hərbi personalın məlumatları oğurlanıb.

Dələduzların Çinlə əlaqəli olduğu iddia edilir.

Qeyd olunur ki, mayın 7-də Böyük Britaniya hökumətinin nümayəndələri kiberhücumla bağlı Parlamentdə bəyanatla çıxış edəcəklər. Eyni zamanda, Britaniya hakimiyyətinin Çini zərərli hərəkətlərdə birbaşa ittiham etmək niyyətində olmadığı vurğulanıb. Bildirilir ki, əmək haqqının hesablanması sistemləri sındırılıb, bunun nəticəsində hakerlər şəxsi məlumatlara, o cümlədən bank rekvizitlərinə, Böyük Britaniya MN-in əməkdaşlarına, habelə hazırkı və keçmiş hərbi qulluqçuların məlumatlarını əldə ediblər.

Mənbə: Sky News

Top
0.20622396469116