Arda Güler gündəmə düşəcək açıqlama ilə yadda qalıb.
Kriminal.az xəbər verir ki, “Real Madrid”in gənc futbolçusu Arda Güler yayda klubdan ayrılmaq niyyətindədir. O, baş məşqçi Karlo Ançelotti komandada qalacağı təqdirdə, daha çox oynaya biləcəyi bir komandaya keçmək istəyir.
Türkiyəli futbolçu bu mövsüm “Real Madrid”də 33 oyuna çıxıb və əsasən ehtiyat oyunçular skamyasında qalır. O, bu oyunların əksəryətində oyuna sonradan daxil olub. Gülerin məqsədi isə daha çox dəqiqə qazanmaq və daim əsas heyətdə yer almaqdır.
Mənbənin məlumatına görə, o açıqlamasında belə deyib:
"Karlo Ançelotti qalsa, mən “Real”dan gedəcəm"
Qeyd edək ki, Arda cari mövsüm çıxdığı 33 oyunda 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.//Offsideplus.az