kriminal.az
Qasırğanın fəsadları aradan qaldırılır: Elektrik enerjisinin verilişi nə zaman bərpa ediləcək?

Regionlarda güclü küləyin elektrik enerjisi təsərrüfatına vurduğu ziyan "Azərişıq" tərəfindən aradan qaldırılır.

Kriminal.Az xəbər verir ki, sel suları, yağış və güclü küləklə müşahidə edilən hava şəraiti Daşkəsən, Gədəbəy, Ağstafa, Şəmkir, Gəncə və Tovuzda bir neçə ağacın aşaraq elektrik xətlərini sıradan çıxarmasına səbəb olub.

Hadisə nəticəsində rayonların əksər hissəsində elektrik enerjisinin verilişi dayanıb. Kəndlər işıqsız qalıb. "Azərişıq" ASC-nin əməkdaşları təbiət hadisəsinin yaratdığı fəsadların aradan qaldırılması üçün iyunun 20-si günün ikinci yarısından başlayaraq gücləndirilmiş iş rejimində çalışıblar.

Qurumdan bildirilir ki, sözügedən rayonlarda elektrik enerjisinin verilişinin qısa zamanda bərpa edilməsi istiqamətində zəruri tədbirlər görülüb.

Hazırda baş vermiş qəzaların 90%-dən yuxarı hissəsinin aradan qaldırıldığı, qarşıdakı saatlarda isə ölkə üzrə elektrik enerjisi verilişinin tam bərpa ediləcəyi qeyd edilir.

Könül Cəfərli

Qazax, Ağstafa, Şəmkir və Goranboyda da güclü küləyin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

"Report"un Qərb bürosunun məlumatına görə, Goranboyda əsən güclü gülək səbəbindən rayonun 85 yaşayış məntəqəsi üzrə 22 min 514 abonentin elektrik enerjisi və rabitə ilə təchizatında fasilələr yaranıb, bir neçə fərdi yaşayış evləri, binalar və yardımçı tikililərin dam örtüklərinə, şəxsi avtomobillərə ziyan dəyib.

Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası tərəfindən baş vermiş fəsadların aradan qaldırılması istiqamətlərində aidiyyəti xidmət sahələri ilə birgə əməli tədbirlər görülüb. Hazırda elektrik enerjisi və rabitə ilə təchizatın bərpası üzrə tədbirlər davam etdirilir.

Ötən gün axşam saatlarından başlayaraq təxminən bir saat ərzində Şəmkir rayonu ərazisində müşayiət olunan leysan yağışı və güclü külək rayon mərkəzində, həmçinin başqa yaşayış məntəqələrində fəsadlara səbəb olub, elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Yaranmış fəsadların operativ şəkildə aradan qaldırılması ilə əlaqədar hazırda Şəmkir Rayon İcra Hakimiyyəti ilə aidiyyəti təşkilatlar tərəfindən zəruri tədbirlər həyata keçirilir.

Eyni zamanda, Şəmkir Elektrik Şəbəkəsi tərəfindən güclü küləyin elektrik təsərrüfatında yaratdığı nasazlıqların aradan qaldırılması istiqamətində işlər görülür.

Analoji hadisə Qazax və Ağstafa rayonlarında da qeydə alınıb. Hər iki rayonda elektrik enerjisinin verilməsi hələ də tam bərpa olunmayıb. Parklarda, küçələrdə yaşayış binalarının qarşısında aşan ağaclar avtomobil və piyada yollarından yığışdırılıb. Hazırda problemlərin həlli istiqamətində işlər davam etdirilir.

Qeyd olunur ki, Ağstafada güclü külək nəticəsində dörd vətəndaş xəsarət alıb.

"Ötən gün axşam saatlarından başlayaraq qərb bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti səbəbindən Gəncə şəhərində 50-dən artıq irigövdəli ağac aşıb, nəticədə 5 avtomobilə ziyan dəyib".

Bu məlumat Kriminal.Az-ın sorğusuna cavab olaraq Gəncə Şəhər İcra hakimiyyətindən verilib.

Qeyd olunub ki, şəhərinin Nizami Gəncəvi prospektində yerləşən obyektlərdən birinin dam örtüyü qoparaq yolun hərəkət hissəsinə düşüb. Bu da nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

"Yola düşən dam örtüyü Gəncə şəhər MKTİB-in xüsusi texnikaları vasitəsilə götürülüb və prospektdə nəqliyyatın hərəkəti bərpa edilib. Güclü külək eyni zamanda 3 evin də dam örtüyünü dağıdıb.

Ötən gün axşam şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Bunun da səbəbi iki istiqamətdə yüksəkgərginlikli xəttin qırılması olub. Baş vermiş qəza aradan qaldırılıb və şəhərdə elektrik enerjisinin verilişi bərpa edilib.

Qeyd edək ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyası gücləndirilmiş iş rejimində çalışır. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığına uyğun olaraq Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları küləyin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işləri yekunlaşdırmaq üzrədir",- deyə məlumatda bildirilir.

Güclü küləyin fəsadlarını əks etdirən görüntülərdə Gəncə şəhərində soyuducuların küçə ilə uşaq oyuncağı kimi sürütləndiyi, Göygöldə yas, Bərdə və Şərurda isə toy çadırlarının dağılaraq uçduğu əks olunub.

Qasırğanın fəsadları aradan qaldırılır: Elektrik enerjisinin verilişi nə zaman bərpa ediləcək?

Qasırğanın fəsadları aradan qaldırılır: Elektrik enerjisinin verilişi nə zaman bərpa ediləcək?

Əzizə İsmayılova

İyunun 20-də axşam saatlarında əsən güclü küləyin Tərtər rayonunda törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

"Report"un Qarabağ bürosunun məlumatına görə, qasırğanın törətdiyi fəsadların aradan qaldırılması üçün gecə saatlarından etibarən, Tərtər Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının üzvləri ərazilərdə olub, müvafiq işlərin həyata keçirilməsi üçün aidiyyəti qurumların canlı qüvvəsi və texnikaları cəlb edilib.

Qırılmış elektrik xətləri və dirəkləri bərpa edilir, aşmış ağaclar doğranaraq ərazidən təmizlənir.

Qeyd edilir, güclü külək nəticəsində təqribən 20 ağac, 10-dan artıq elektrik dirəyi, 3 ədəd gecə işıqlandırma dirəyi aşıb, fərdi evlərə, təsərrüfatlara ziyan dəyib. Rayonun bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilməsi dayanıb.

Mingəçevir şəhərində güclü külək nəticəsində ölən və xəsarət alanlar olub.

"Report"un Qərb bürosunun məlumatına görə, dünən saat 19:40-da Mingəçevir şəhərində başlayan Şimal - Qərb küləyinin orta sürəti 14 m/s, daha sonra 26 m/s, 21:00-da maksimal sürəti 28 m/s olub.

Güclü külək nəticəsində şəhər ərazisində 25 ədəd ağac kökündən qırılıb, 27 ağacın iri budaqları qırılaraq yerə düşüb, küçələrdə nəqliyyat vasitələrinin hərəkətində maneə yaranıb, 400 abonentin qaz xəttinin verilişində fasilə olub, bir fərdi evin dam örtüyünə ziyan dəyib.

Qırılan ağac Nizami küçəsində nəqliyyat vasitəsinin üzərinə düşüb, sürücü xəsarət alıb.

Şəhərin Z.Həsənova küçəsi 2 ünvanında çoxmənzilli yaşayış binasının dam örtüyünü dağılıb, beş sakin ağac aşması nəticəsində xəsarət alıb, Ağdam rayon sakini, 2003-cü il təvəllüdlü Rəvan İsmixan oğlu Qasımzadə isə aldığı xəsarətlərdən ölüb.

Külək səbəbindən 17 000 abonentin (ümumi nisbətin 48%-i) elektrik enerjisinin təchizatında 10 saat davam edən fasilə yaranıb.

Şəhər Fövqəladə Hallar Komissiyası tərəfindən dərhal təxirəsalınmaz tədbirlər həyata keçirilməyə başlanıb, nəqliyyatın və piyadaların hərəkətinə mane olan ağaclar hərəkət zolağından götürülüb, elektrik enerjisində fasilələr aradan qaldırılmağa başlanılıb.

Hazırda bərpa işləri davam etdirilir.

Qasırğanın fəsadları aradan qaldırılır: Elektrik enerjisinin verilişi nə zaman bərpa ediləcək?

Qasırğanın fəsadları aradan qaldırılır: Elektrik enerjisinin verilişi nə zaman bərpa ediləcək?

Top
0.04230809211731