kriminal.az
ABŞ-də 20 il edam cəzasını gözləyən adam bəraət qazanıb

Texas məhkəməsi təxminən 20 il ölüm cəzasını gözləyən şəxsə qarşı ittihamları ləğv edib və onun hələ 1977-ci ildə törədilmiş qətldə iştirakının olmadığını sübut edib.

Məlumata görə, Kerri Maks Kuk iki dəfə - 1979 və 1994-cü illərdə ölüm cəzasına məhkum edilib. Məhkəmə onu qonşusu Linda Co Edvardsı zorlamaqda və vəhşicəsinə qətlə yetirməkdə təqsirli bilib. Adamın hökmdən apellyasiya şikayəti vermək cəhdləri boşa çıxıb. Ümidsizlikdən Kuk hətta intihar etmək fikrinə düşüb, lakin 1999-cu ildə, nəhayət, təqsirini boynuna alaraq istintaqla razılaşıb. Bundan sonra onun həbs müddətini çəkdiyi nəzərə alınaraq azadlığa buraxılıb.

Texasın Apellyasiya Məhkəməsi son hökmü verib. Bəlli olub ki, prokurorluq dəlilləri yanlış interpretasiya edib, həmçinin şahid ifadələri də yalançı olub.

"Alternativ şübhəli" ilə əsas şahid - Kukla eyni kamerada yatan adamın yalan danışdıqları ortaya çıxıb. Əsas şahid ifadəsində polislərə Kukun onunla səmimi söhbətində guya cinayətini etiraf etdiyini deyib. Təkrar məhkəmə-tibbi ekspertizası qətlə yetirilən qadının üzərində Kukun DNT və barmaq izlərinin olmadığı qənaətinə gəlib.

Qeyd edək ki, 68 yaşlı Kuk 1973-cü ildən bəri ABŞ-də ölümə görə bəraət qazanan 199 nəfərdən biridir.

Mənbə: Rg.ru

Top
0.049232006072998