kriminal.az
Dörd gün əvvəl ölmüş qadının meyiti tapıldı

Lənkəran rayonunda evdə yaşlı qadın meyiti tapılıb.

"Report"un cənub bürosunun məlumatına görə, Lənkəran şəhərinin Balaməmməd küçəsində 4-cü binanın sakinləri tərəfindən polis şöbəsinə mənzildən kəskin qoxu gəlməsi ilə bağlı məlumat daxil olub.

Evə baxış zamanı 68 yaşlı ev sakini Şərqiyyə Rəhim qızı Rəhimovanın meyiti aşkar olunub.

Meyit aidiyyəti üzrə təhvil verilib. İlkin məlumata görə, qadın 4 gün əvvəl ölüb. Meyit müayinə olunmaq üçün Məhkəmə və Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Top
0.080144882202148