Böyük Britaniya kralı III Çarlzın bacısı şahzadə Anna Bristoldakı xəstəxanalardan birinə yerləşdirilib.
Bukingem sarayından verilən məlumata görə, şahzadə kiçik xəsarətlər alıb və beyni silkələnib. O, xəstəxanada həkimlərin nəzarəti altında qalır.
"Şahzadə ötən gecə "Qatkomb Park"da baş verən insidentdən sonra yüngül xəsarətlər alıb və beyni silkələnib. Ülyahəzrət Sautmid xəstəxanasında həkimlərin nəzarəti altındadır", - deyə Bukingem sarayından bildirilib.
Qeyd edək ki, 73 yaşlı şahzadə Annanın bu vəziyyətə düşməsinə səbəb olan hadisənin xarakteri açıqlanmır.
Mənbə: Nv.ua