Cənubi Koreyada litium akkumulyatorları zavodunda yanğın baş verib.
Məlumata görə, hadisə nəticəsində 20-dən çox adam ölüb, üç nəfər yaralanıb və onlara həkimlər tərəfindən tibbi yardım göstərilir.
Yanğın zavodun üçmərtəbəli binasında baş verib, təxminən 2 300 kvadratmetr ərazini əhatə edib. Yanğın zamanı batareyalar partlayıb və bu da yanğını söndürməyi çətinləşdirib.
Mənbə: Newdaynews.ru