Lüksemburqda Ukrayna və Moldovanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar başlayıb.
Macarıstanın Baş naziri Viktor Orban hesab edir ki, Kiyevlə bağlı proses siyasi motivlidir və Brüssel döyüşlərin getdiyi bir ölkənin təşkilata qəbul olunmasının nəticələrini araşdırmalıdır.
Orban bu barədə "Funke" media qrupuna müsahibəsində danışıb.
O, Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqları tənqid edib, lakin söz verib ki, ölkəsi Kiyevin bloka qoşulmasına mane olmayacaq.
"Macarıstan bu proseslə razı deyil, lakin biz buna mane olmuruq və danışıqların başlanmasını dəstəkləyirik", - deyə baş nazir bildirib.
Qeyd edək ki, onun ölkəsi iyulun 1-dən Aİ Şurasının sədri olacaq.
"Əvvəlcə araşdırmalıyıq ki, biz sərhədləri praktiki olaraq bəlli olmayan və müharibə vəziyyətində olan bir ölkəni sıralarımıza qəbul etsək, bunun hansı nəticələri ola bilər", - deyə Orban vurğulayıb.