kriminal.az
AVRO-2024: Portuqaliya penaltilər seriyasında qalib gəldi

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Portuqaliya və Sloveniya yığmaları arasında 1/8 final görüşü başa çatıb.

Kriminal.Az xəbər verir ki, qarşılaşmanın əsas və əlavə vaxtı heç-heçə yekunlaşıb - 0:0.

"Frankfurt Arena" keçirilən qarşılaşmada qalib penaltilər seriyasından sonra bəlli olub.

Burada daha dəqiq oynayan (3:0) portuqaliyalılar 1/4 finala yüksələrək Fransaya rəqib olublar.

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin oyunları çərçivəsində üz-üzə gələn Portuqaliya və Sloveniya yığmalarının görüşü başlayıb.

Kriminal.Az xəbər verir ki, qarşılaşma Franskfurtdakı "Doyçe Bank Park" stadionunda keçirilir.

Qeyd edək ki, görüşü italiyalı baş hakim Alessandro Callatini idarə edir.

AVRO-2024: Portuqaliya penaltilər seriyasında qalib gəldi

AVRO-2024: Portuqaliya penaltilər seriyasında qalib gəldi

Top
0.089306116104126