kriminal.az
AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda oldu

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Avstriya və Türkiyə yığmaları arasında 1/8 final görüşü başa çatıb.

Kriminal.Az xəbər verir ki, Leyptsiqdəki "Red Bull Arena"da "ay-ulduzlular" qələbə qazanıblar - 2:1.

Türkiyə millisinin heyətində 1-ci və 59-cu dəqiqələrdə fərqlənən Merih Demiral dubl müəllifi olub. 66-cı dəqiqədə avstriyalılardan Mixael Qreqoriç yekun hesabı müəyyənləşdirib.

Qələbə qazanan Türkiyə millisi 1/4 finalda Niderlanda rəqib olub.

Avstriya və Türkiyə milli komandaları arasında 2024-cü il futbol üzrə Avropa çempionatının 1/8 final matçına start verilib.

Kriminal.Az xəbər verir ki, qarşılaşma Almaniyanın Leypsiq şəhərindəki "Red Bull Arena"da keçirilir.

Matçı Artur Soareş Diasın (Portuqaliya) rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda oldu

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda oldu

Top
0.093894958496094