Cessika Kempbell Milli Hokkey Liqası (NHL) klubunun ilk qadın məşqçisi olub.
Bu barədə liqanın saytı məlumat yayıb.
Mütəxəssis "Sietl Kraken"in baş məşqçisi təyin olunan Den Baylsmanın köməkçisi olub. Onlar əvvəllər komandanın farm-klubunda birlikdə işləyiblər.
"Onun hokkeyçilər ilə müqavilə bağlamaq bacarığı da işə götürülmə qərarında mühüm amil olub", - deyə Baylsma bildirib.
Qeyd edək ki, "Sietl Kraken" 2021-ci ildə təsis edilib. Ötən mövsüm komanda Qərb Konfransında 12-ci yeri tutub və NHL-in pley-off mərhələsinə vəsiqə qazana bilməyib.
Mənbə: lenta.ru