kriminal.az
Toni Kroos Pedridən üzr istəyib

Almaniya millisinin sabiq futbolçusu Toni Kroos ötən gecə İspaniya seçməsi ilə görüşdə Pedrini zədələdiyi üçün gənc futbolçudan üzr istəyib.

Məlumata görə, Toni Kroos bu barədə şəxsi "X" hesabından paylaşım edib:

"Bağışla və sağal, Pedri! Mən səni incitmək niyyətində deyildim. Tez sağalmalısan. Sən əla oyunçusan".

Qeyd edək ki, matçın səkkizinci dəqiqəsində Kroos Pedriyə qarşı kobudluq edib, bundan sonra ispaniyalı futbolçu Daniel Olmo ilə əvəzlənib.

Top
0.09178900718689