kriminal.az
Şahmat oyunu zamanı FACİƏ

Banqladeşli qrossmeyster Ziaur Rəhman oyun zamanı vəfat edib.

50 yaşlı şahmatçı Dəkkədə keçirilən ölkə çempionatının XII turunda Enamul Hossain Rajib ilə oyun zamanı infarkt keçirib.

Ürəyi dayanan Z.Rəhman xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Banqladeşin ən çox medal qazanan şahmatçısının həyat yoldaşı və bir oğlu qalıb.

Mənbə: TASS

Top
0.4986789226532