kriminal.az
Bruno Fernandeş Ronaldu ilə klub yoldaşı ola bilər

"Mançester Yunayted"in və Portuqaliya yığmasının yarımmüdafiəçisi Bruno Fernandeş karyerasını Səudiyyə Ərəbistanının Pro Liqasında davam etdirə bilər.

29 yaşlı yarımmüdafiəçi milli komanda yoldaşı Kriştianu Ronaldunun çıxış etdiyi "Ən-Nəsr"dan, eləcə də "Əl-İttihad"dan təklif alıb.

Portuqaliyalı təkliflərdən birini qəbul edərsə, müvafiq Səudiyyə klubu "Mançester Yunayted"lə danışıqlara başlayacaq.

Fernandeşin "Mançester Yunayted"lə müqaviləsi 2026-cı ilin yayına qədərdir. Transfermarkt portalı futbolçunun dəyərini 70 milyon avro qiymətləndirir.

Ötən mövsüm Fernandeş "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 48 matçda 15 qol vurub və 13 məhsuldar ötürmə verib.

Mənbə: sport24.ru

Top
0.28831791877747