kriminal.az
Ukrayna daha bir NATO ölkəsi ilə təhlükəsizlik sazişi imzaladı

Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenski və Rumıniya Prezidenti Klaus İohannis iki dövlət arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.

Kriminal.Az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Sazişin özəlliyi Qara dəniz regionunda təhlükəsizliyin möhkəmləndirilməsi üzrə konkret əməkdaşlıq məsələləridir. Rumıniya Qara dənizin minalardan təmizlənməsində Ukraynaya yardım edəcək, Aİ və NATO alətləri vasitəsilə dəstək verəcək.

Rəsmi Buxarest həm də tərəfdaşları ilə birlikdə ukraynalı pilotların hazırlanmasında iştirak edəcək və bununla da Ukrayna hava qüvvələrinin inkişafı koalisiyasına töhfə verəcək. Rumıniya Ukraynanın müdafiə sənayesini də dəstəkləyəcək.

Xatırladaq ki, indiyədək Ukrayna artıq 23 ölkə ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayıb: Böyük Britaniya, Almaniya, Fransa, Danimarka, Kanada, İtaliya, Hollandiya, Finlandiya, Latviya, İspaniya, Belçika, Portuqaliya, İsveç, İslandiya, Norveç, Yaponiya, ABŞ, Aİ , Estoniya, Litva, Polşa, Lüksemburq və Rumıniya.

Mənbə: "European Pravda"

Top
0.085698127746582