Luiziana ştatında (ABŞ) bir yaşlı uşaq magistral yolun kənarında iki gün qaldıqdan sonra sağ tapılıb.
Kriminal.Az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Bir yaşlı uşaq böyük qardaşının ölü tapıldığı yerdən bir neçə mil aralıda tapılıb. Uşaqların anası, 25 yaşlı Aliya N.Cek, körpənin itməsi barədə məlumat verməmək ittihamı ilə həbs edilib.
Missisipidən olan qohumu dörd yaşlı uşağın cəsədini aşkar etdikdən sonra polisə müraciət edib və bir yaşlı uşağın yoxa çıxması barədə məlumat verib. Polis axtarışa başlasa da, uşağı yoldan keçən yük maşınının sürücüsü tapıb. Uşaq magistral yolun kənarı ilə iməkləyirmiş.