Rusiya Prezidentinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov iyulun 12-dən 15-dək Azərbaycana işgüzar səfər edəcək.
Kriminal.Az bu barədə Boris Titovun mətbuat xidmətinə istinadən məlumat verib.
Onun səfər proqramına Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşlər daxildir.
Rusiya prezidentinin xüsusi nümayəndəsinin səfəri 2024-cü ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərinin 29-cu Konfransına (COP29) hazırlıq çərçivəsində baş tutacaq.