Rusiyanın Altay diyarının sənaye və energetika nazirinin müavini Vladimir Loktyuşov və daha bir nəfər bədbəxt hadisə nəticəsində ölüblər.
Kriminal.Az xəbər verir ki, bu barədə "Izvestiya"ya vilayət administrasiyası məlumat verib.
Hadisə R-256 Çuyski Trakt avtomobil yolunun 218-ci kilometrliyində baş verib, iki avtomobil toqquşub. Hadisə nəticəsində biri uşaq olmaqla beş nəfər də yaralanıb.
"Diaqnostik tədbirlər və tibbi yardım üçün müxtəlif dərəcəli bədən xəsarətləri alan üç zərərçəkmiş xəstəxanaya çatdırılıb", - deyə administrasiya qeyd edib.