kriminal.az
İranda zəlzələ baş verdi

İranın cənubunda 4,5 bal gücündə zəlzələ qeydə alınıb.

Kriminal.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 207 min nəfər əhalisi olan Sircan şəhərindən 130 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Top
0.050885915756226