kriminal.az
Çində başında əkiz bacısını gəzdirən qız öldü

Çində yeni doğulan qızın başında onun əkiz bacısının inkişaf etməmiş embrionu tapılıb.

Kriminal.Az TASS-a istinadən xəbər verir ki, hamiləliyin 33-cü həftəsində ananın müayinəsi zamanı bəzi anormallıqlar aşkarlanıb.

Uşaq bu müayinədən bir ay sonra qeysəriyyə əməliyyatı ilə doğulub. Onun başı orta ölçülərdən daha böyük olsa da, həkimlər ciddi problem aşkarlamayıblar. Ancaq bir il sonra körpə sidik qaçırmaq və başını qaldıra bilməmək kimi ciddi inkişaf anomaliyalarını büruzə verdikdə, onun valideynləri həyəcan təbili çalıblar. Uşağın kəllə sümüyünün müayinəsindən sonra həkimlər orada 13 sm diametrində içərisində sümük parçaları olan şiş aşkarlayıblar.

Əməliyyat nəticəsində şiş çıxarılıb. Həkimlər onu müayinə etdikdən sonra bunun əkiz bacının formalaşmamış embrionu olduğu qənaətinə gəliblər. Uşaq əməliyyatdan iki həftə sonra ölüb. Belə ki, onun beynindəki zədə körpənin yaşamasına imkan verməyib.

Top
0.0505051612854