Omanın paytaxtı Maskatda məscid yaxınlığında atəş açılması nəticəsində dörd nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Kriminal.Az xəbər verir ki, bu barədə məlumat Oman polisinin "X" sosial şəbəkə hesabında dərc edilib.
Oman polisinin bəyanatında insidentlə bağlı əlavə məlumat verilməyib.