kriminal.az
Azərinin

Türkiyədə Prezident Sarayında 15 İyul - Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən tədbir azərbaycanlı məşhur müğənni Azərinin "Çırpınırdı Qaradəniz" mahnısı ilə yekunlaşıb.

Kriminal.Az-ın "TRT Haber"ə istinadla verdiyi məlumata görə, mahnıdan sonra ifaçı "bozqurd" işarəsi göstərib.

Bildirilir ki, onun bu addımı rəğbətlə qarşılanıb, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər qonaqlar uzun müddət ifaçını alqışlayıblar.

Xatırladaq ki, Türkiyə yığmasının üzvü Merih Demiral Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında "bozqurd" işarəsi göstərdiyi üçün iki oyunluq cəzalandırılıb. O, 1/4 final mərhələsində Niderlanda qarşı matçda oynaya bilməyib. M.Demirala qarşı bu münasibət bir çoxları tərəfindən narazılıqla qarşılanıb.

Top
0.069675922393799