kriminal.az
Rusiyada 13-cü mərtəbədən yıxılan qadın heç nə olmamış kimi yoluna davam etdi

Rusiyada 13-cü mərtəbədən yıxılan qadın sağ qalıb.

Kriminal.Az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, 22 yaşlı qadın Novosibirskdə hündürmərtəbəli binanın 13-cü mərtəbəsindən qazona düşüb, daha sonra heç nə olmamış kimi durub gedib.

Qeyd olunur ki, xəstəxanada ona ağciyərin əzilməsi diaqnozu qoyulub və heç bir sınığının olmadığı müəyyən edilib.

Top
0.039362192153931