kriminal.az

"Czinger 21C" hiperkarı 1:24.75 göstərici ilə dövrəni başa vuraraq, seriyalı avtomobillər arasında "Laguna Seca" trasında yeni rekord vurub.

Kriminal.Az xəbər verir ki, bu barədə "CarBuzz" məlumat yayıb.

Əvvəlki rekord avqustun ortalarında "Koenigsegg Jesko Attack" tərəfindən qoyulmuşdu və onun göstəricisi 1:24,86 idi.

Qeyd edək ki, "Czinger 21C" 2020-ci ildə Londonda təqdim olunub. Hiperkar 3D çap texnologiyasından istifadə edilməklə yaradılıb və nadir tərtibata malikdir - yeganə sərnişinin oturacağı mərkəzdə yerləşən sürücü oturacağının arxasında yerləşir.

Top
0.12037801742554