İlon Mask hesab edir ki, yaxın gələcəkdə Birləşmiş Ştatlar müflisləşə bilər.
Kriminal.Az bu barədə TASS-a istinadən məlumat verir.
"Dövlət xərclərinin mövcud göstəriciləri ilə ABŞ sürətlə müflisləşməyə doğru gedir. Hökumətin həddindən artıq xərcləməsi inflyasiyanı təhrik edir", - deyə Mask "X" sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, 29 iyulda ABŞ Maliyyə Nazirliyi bildirdi ki, dövlət borcu tarixdə ilk dəfə olaraq 35 trilyon dollar həddini keçib. Konqresin büdcə idarəsinin proqnozlarına görə, 2034-cü ildə bu rəqəm 50 trilyon dollardan çox və ya ÜDM-in 122%-dən çox olacaq. İdarənin qiymətləndirmələrinə görə, 2029-2034-cü illərdə ABŞ ÜDM-nin orta illik artımı 1.8% təşkil edəcək.