Yəmənin Ədən şəhərində yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
Kriminal.Az-ın "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə yerli səhiyyə orqanları və hakimiyyət orqanlarındakı mənbələrdən məlumat verilib.
Bildirilib ki, partlayış nəticəsində azı 3 nəfər ölüb, 15 nəfər yaralanıb.
Həmçinin qeyd edilib ki, Əl-Mənsur bölgəsindəki yanacaqdoldurma məntəqəsində yanacaq çəninin partlaması nəticəsində yanğın baş verib.
Yaralananların çoxunun vəziyyəti ağırdır, bəziləri reanimasiya şöbələrinə yerləşdirilib.
Yanğın artıq söndürülüb. Polis hadisənin başvermə şəraitini araşdırır.