kriminal.az
Kreml Baydenin Putini yenidən seçilməkdən çəkindirmək cəhdlərindən danışıb

ABŞ rəhbərliyi, o cümlədən indiki Prezident Co Bayden 2011-ci ildə Rusiya Prezidenti Vladimir Putini yenidən vəzifəyə seçilməkdən çəkindirməyə çalışıb.

Kriminal.Az xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.

Bu barədə video rusiyalı jurnalist Pavel Zarubinin "Telegram" kanalında paylaşılıb.

Peskov Putin və Bayden arasında qarşıdurmanın mümkün səbəbləri ilə bağlı suala cavab verərkən, 2011-ci ildə Vaşinqtonun Rusiya liderini 2012-ci ildə keçiriləcək prezident seçkisində yenidən namizəd olmamağa inandırmağa çalışdığını inkar etməyib.

"Hətta Putinlə söhbətlərdə belə davranış nümayiş etdirmək üçün müəyyən cəhdlər olub", - prezidentin mətbuat katibi bildirib.

Bundan əvvəl Peskov Rusiya ilə ABŞ arasında münasibətlərin yaxşılaşdırılması perspektivlərini dəyərləndirib. O, həmçinin qeyd edib ki, ABŞ Ukrayna ətrafındakı münaqişədə birbaşa iştirak edir.

Top
0.069473028182983