kriminal.az
Belqorodun atəşə tutulması nəticəsində ölənlərin sayı artıb

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod şəhəri və ətraf əraziləri atəşə tutması nəticəsində yaralanan mülki əhalinin sayı 11 nəfərə çatıb.

Kriminal.Az xəbər verir ki, bu barədə regionun rəhbəri Vyaçeslav Qladkov özünün "Telegram" kanalında məlumat verib.

"10 zərərçəkmiş Belqoroddakı tibb müəssisələrinə aparılıb, bir nəfərə yerindəcə tibbi yardım göstərilib və sonrakı müalicə ambulator şəraitdə aparılacaq" , - o qeyd edib.

Bundan əvvəl region rəhbəri Ukrayna Silahlı Qüvvələrinin növbəti dəfə Belqorod və ətraf ərazilərə zərbələr endirdiyini bildirərək, səkkiz dinc sakinin yaralandığını bildirmişdi.

Top
0.067547082901001