kriminal.az
ABŞ-də təyyarə yaşayış məntəqəsinə çırpıldı

ABŞ-nin Oreqon ştatında iki mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər itkin düşüb.

Kriminal.Az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Təyyarənin əvvəlcə elektrik xəttinin dayağına çırpıldığı, daha sonra yaşayış binasının üzərinə düşərək yanmağa başladığı bildirilib. Məlumata görə, yanğın dörd binaya yayılıb.

"Təyyarənin göyərtəsində iki nəfər olub və sərnişinlərdən biri itkin düşüb" , - deyə Qreşam yanğınsöndürmə xidmətinin rəisi Skott Lyuis bildirib.

Bundan əlavə, o, hadisə ilə bağlı beşə qədər ailənin köçürülməli olduğunu qeyd edib.

Top
0.12021803855896