Yaponiyada kompüter oyunları onlayn mağazası "Mənim diktatorum Stalin belə şirin ola bilməz?!" adlı yeni layihə təqdim edib.
Kriminal.Az gazeta.ru-ya istinadən xəbər verir ki, oyundakı personajlar və səhnələr anime üslubunda hazırlanıb.
"Sən Vladimir Leninsən, qeyri-ciddi rusiyalı inqilabçı, siyasətçi və siyasi nəzəriyyəçisən. Sən uşaqlıq dostun Stalinə aşiq olmusan (oyunda Stalin qız kimi təqdim edilir). Sevgilin səni evinə dondurmaya dəvət edir. Bu sənin şansındır. Sən nə edəcəksən?", - layihənin təsvirində deyilir.