kriminal.az
Əfqanıstanda terror aktı: Ölənlər və yaralananlar var

Əfqanıstanın paytaxtı Kabilin cənub-qərbində kamikadze-terrorçunun hücumu nəticəsində azı altı nəfər ölüb, 13 nəfər yaralanıb.

Kriminal.Az xəbər verir ki, bu barədə "Khaama Press" agentliyi Kabil polis idarəsinin nümayəndəsi Xalid Zadrana istinadən məlumat yayıb.

"Bu gün günorta saatlarında Kabilin altıncı rayonunun Qala Bəxtiyar bölgəsində bir nəfər kustar üsulla hazırlanmış partlayıcı cihazı işə salıb. Nəticədə, biri qadın olmaqla, altı nəfər ölüb, 13 nəfər yaralanıb. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib", - o bildirib.

Zadran əlavə edib ki, polis hadisənin başvermə şəraiti ilə bağlı araşdırmaları davam etdirir.

Top
0.13795399665833