Bu gün Küveyt sularında İran gəmisi batıb.
Kriminal.Az-ın məlumatına görə, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
Bildirilir ki, indiyədək üç nəfərin meyiti tapılıb, itkin düşən digər üç nəfərin axtarışları isə davam edir.
Qeyd olunub ki, batan gəminin heyəti İran və Hindistan vətəndaşlarından ibarət olub.