kriminal.az
HƏMAS öldürdüyü girovların son sözləri ilə video yayımlayıb

"HƏMAS İsrail girovlarını qoruyan Fələstin qruplaşmasının üzvləri üçün İsrail qoşunlarının onların yerləşdiyi yerə yaxınlaşması halında necə hərəkət edəcəkləri ilə bağlı yeni təlimatlar verib".

Kriminal.Az-ın məlumatına görə, bu barədə HƏMAS-ın hərbi qanadı "İzzəddin Əl-Qəssam Briqadası"nın mətbuat katibi Əbu Ubeydə özünün "Telegram" kanalında bildirib. O, İsrail hərbçilərinin Rəfahda öldürülmüş girovların cəsədlərini tapması ilə bağlı xəbəri şərh edib.

Bəyanatdan əlavə, "İzzəddin əl-Qəssam Briqadası" "Telegram" kanallarında girovların hələ sağ olduğu vaxta aid görüntülər yayımlayıb. Kadrlarda altı israilli, o cümlədən ikili vətəndaşlığı olan rusiyalı Aleksandr Lobanov öz adlarını söyləyirlər. Videonun sonunda qruplaşma bildirib ki, tezliklə onların "son mesajları" ilə yeni görüntülər peyda olacaq.

Ubeydə israillilərin ölümündə İsrailin Baş naziri Benyamin Netanyahu və İsrail Müdafiə Ordusunu (SAXAL) günahlandırıb və bildirib ki, məhz onların fəaliyyətləri nəticəsində girovlar həlak olub.

HƏMAS nümayəndəsi altı israillinin necə öldüyünü dəqiqləşdirməyib, lakin digər onlarla əsirin hava bombardmanları nəticəsində həlak olduğunu bildirib.

HƏMAS hələlik yalnız bir video - öldürülmüş girov Edena Yeruşalmi ilə video yayımlayıb. Videoda o, Netanyahudan Qəzza zolağının bombardmanını dayandırmağı tələb edir. O, həmçinin ailəsi üçün darıxdığını və evə getmək istədiyini deyir.

Qeyd edək ki, öldürülmüş girovların cəsədləri avqustun 31-də Qəzza zolağında Rəfəh rayonundakı tuneldə aşkar edilib. İsrailin Səhiyyə Nazirliyi bildirib ki, girovlar onların tapılmasından 48-72 saat əvvəl HƏMAS terrorçuları tərəfindən yaxın məsafədən atəş açılaraq öldürülüb.

Tanınan şəxslərin tam siyahısı belədir:

Aleksandr Lobanov;

Karmel Qat;

Edena Yeruşalmi;

Herş Qoldberq-Polin;

Almoq Sarusi;

Ori Danino.

SAXAL-ın məlumatına görə, onların hamısı 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumu zamanı girov götürülüb.

Top
0.049335956573486