Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayətinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.
Kriminal.Az xəbər verir ki, məlumatı Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov da təsdiq edib.
O qeyd edib ki, PUA-lardan birinin Borisov rayonunun Qruzskoye kəndindəki "Müqəddəs Nikolay" kilsəsinin binasına endirdiyi zərbə nəticəsində kilsənin günbəzi yanıb.
Hücum nəticəsində mülki əhali arasında xəsarət alanların olmadığı bildirilir.