İsrail Müdafiə Qüvvələrinin (IDF) Quru Qoşunları Komandanlığının rəhbəri, general-mayor Tamir Yadai istefa verib.
Kriminal.Az xəbər verir ki, bu barədə "Walla" agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, artıq ölkənin müdafiə naziri Yoav Gallant Tamir Yadainin istefasını qəbul edib.
Hələlik Tamir Yadainin şəxsi səbəblərə görə istefa verdiyi bildirilir.