"Rusiya Prezidenti Vladimir Putin danışıqlar masasına oturmağı qəbul etməsə, Ukrayna işğal etdiyi Rusiya ərazilərini özündə saxlayacaq".
Kriminal.Az xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski "NBC News"a müsahibəsində bildirib.
Zelenskinin sözlərinə görə, Ukrayna bu ərazini özündə saxlayacaq, çünki bu, onun müharibəni bitirmək üçün "qələbə planının" tərkib hissəsidir. O əlavə edib ki, bu təklifi ABŞ kimi beynəlxalq tərəfdaşlara təqdim edəcək.
"Hələlik buna ehtiyacımız var", - o, Ukraynanın hazırda özündə saxladığı Rusiya ərazisi haqqında deyib.
Eyni zamanda, Zelenski Ukraynanın daha çox Rusiya ərazisini ələ keçirməyə cəhd edib-etmədiyini müzakirə edə bilməyəcəyini bildirib.
"Bu barədə danışa bilmərəm. Bu, bizim Kursk əməliyyatımızın başlanğıcı kimidir. Düşünürəm ki, uğur gözlənilməzliyə çox yaxındır", - o bildirib.
Zelenski: "İşğal etdiyimiz Rusiya ərazilərini özümüzdə saxlayacağıq"