Hindistanda bir şəhəri güclü daşqından sonra timsahlar basıb. Yerli sakinlər etiraf edirlər ki, indi küçəyə çıxmağa qorxurlar.
Kriminal.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.
Məlumata görə, Hindistanın Vadodara şəhərini daşqınlardan sonra timsah sürüləri basıb. Yırtıcılar ev heyvanlarını və mal-qaranı yeyərək insanlara ciddi problemlər yaşadırlar. Bundan əlavə, yerli sakinlər özləri sürünənlərin ovuna çevrilməmək üçün küçəyə çıxmaqdan qorxurlar.
Şəhər rəhbərliyi bildirib ki, timsah problemi xüsusi nəzarətdə saxlanılır və sakinlərdən onların tutulmasında kömək göstərməyi xahiş edirlər.