Ermənistan baş naziri Nikol Paşinyan Cermuk icmasının büdcəsini restoranlardakı tualetlərdən istifadəyə görə ödənişlərdən əldə edilən gəlirlər hesabına doldurmaq niyyətindədir.
Oxu.az erməni mətbuatına istinadən verdiyi məlumata görə, o, Cermukda məşhur maral heykəlinin yaxınlığında restoran və kafelər tikilməsini təklif edir.
"Niyə burada restoran, kafe və hotellər olmamalıdır? Turistlər pul xərcləyirlər, hətta tualetə 500 dram (1 dollardan çox - red.) xərcləsələr belə bu, onlar üçün az puldur, amma icma bununla hansısa problemi həll edə bilər", - deyə o bildirib.