kriminal.az
Yarısı yerdə hərəkət edir, yarısı göydə: Çin innovativ uçan avtomobilini rəsmən təqdim etdi

Çinin "XPeng" şirkəti rəsmi olaraq "Land Aircraft Carrier" adlı innovativ uçan avtomobilini təqdim edib.

Bu barədə Kriminal.Az mobile-review.com-a istinadla xəbər verib.

Bildirilir ki, unikal dizayn iki hissədən ibarətdir: Əsas hissə - 5.5 metr uzunluğunda üçoxlu avtomobil və ikinci hissə - avtomatik olaraq maşına birləşə bilən böyük sərnişin dronu.

Məlumata görə, "Land Aircraft Carrier"in avtomobil hissəsi 800 V gərginlikli müasir platforma üzərində qurulub və hibrid güc qurğusu ilə təchiz edilib, bu da tam enerjidoldurma və yanacaqdoldurma ilə 1 000 kilometrə qədər məsafə təmin edir. Sürətli doldurma sistemi sayəsində avtomobil cəmi 18 dəqiqə ərzində 80% enerji ehtiyatı toplaya bilər.

Bu futuristik nəqliyyat vasitəsinin ikinci hissəsi olan böyük sərnişin dronu isə avtomatik olaraq yerə enə və avtomobillə birləşə bilir. Dron, həm avtomatik rejimdə, həm də əl idarəetməsi ilə iki sərnişin daşıya bilər. Texnikanın bir enerji yüklənməsi ilə beş uçuş həyata keçirə biləcəyi vurğulanıb.

"XPeng" şirkəti 280 min dollar dəyərində olacaq "Land Aircraft Carrier" üçün sifariş qəbulunu artıq cari il üçün planlaşdırır, kütləvi istehsal isə 2026-cı ilə nəzərdə tutulub.

Bununla belə, bu inqilabi texnologiyanın nə vaxt aviasiya tənzimləyiciləri tərəfindən təsdiqlənəcəyi və sürücülərin pilot lisenziyasına ehtiyacı olub-olmayacağı hələ aydın deyil.

Yarısı yerdə hərəkət edir, yarısı göydə: Çin innovativ uçan avtomobilini rəsmən təqdim etdi

Yarısı yerdə hərəkət edir, yarısı göydə: Çin innovativ uçan avtomobilini rəsmən təqdim etdi

Top
0.048874139785767